“Keşlə”nin sabiq çalışdırıcısı Yuri Maksimov əfsanəvi məşqçi Valeri Lobanovski haqda xatirələrini bölüşüb.
Qol.az-ın “Komanda 1” saytına istinadən yaydığı xəbərə görə, ukraynalı məşqçi əvvəlcə dünən 80 illik yubileyi olan mərhum mütəxəssislə tanışlığından söz açıb:
“Lobanovski ilə Kiyev “Dinamo”suna növbəti qayıdışından sonra təlim-məşq toplanışı zamanı tanış olduq. Mənə dedi ki, gərək, komandamda qızılbaş futbolçu olsun. Bəlkə də buna görə məni saxladı. Amma ciddi mənada, ilk baxışdan onun inanılmaz dərəcədə intizamlı olduğunu gördüm”.
Maksimov Lobanovskinin başçılığı altında ən yaddaqalan oyunun “Barselona”ya qarşı olduğunu bildirib: “Ən unudulmaz matçımız Çempionlar Liqasının qrup mərhələsində “Barselona” ilə Kiyevdə keçirdiyimiz görüş olub. Heç vaxt yadımdan çıxmaz, stadion ağzına kimi dolu idi. Oyuna 100 mindən çox azarkeş gəlmişdi”.
50 yaşlı məşqçi “Dinamo”dan ayrıldığı zaman Lobanovski ilə yarım saatlıq söhbətini də xatırlayıb: “Əlbəttə, onunla heç vaxt səmimi söhbətimiz olmayıb. Yalnız 1997-ci ildə, komandadan getməyə hazırlaşdığım vaxt, təxminən yarım saat danışdıq. Ona dedim ki, ölkə xaricinə getmək, özümü Avropanın başqa çempionatında sınamaq istəyirəm. Əvvəlcə məni fikrimdən daşındırmağa çalışsa da, sonradan başa düşdü. Çünki özü də ölkə xaricində işləmişdi. Nəticədə biz normal şəkildə söhbət etdik, heç bir narazılıq olmadan “Dinamo”dan “Verdər”ə keçdim”.
Qeyd edək ki, Lobanovski 1973-1982, 1984-1990 və 1997-2002-ci illərdə “Dinamo”nu çalışdırıb.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video