"Mançester Siti"nin futbolçusu "Real"da - rəsmi

"Mançester Siti"nin futbolçusu "Real"da - rəsmi
DÜNYA FUTBOLU 7 Yanvar 2019 / 10:15 3708
-  A +

"Real" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi "Mançester Siti"nin yarımmüdafiəçisi Brahim Diası alıb. 19 yaşlı oyunçu ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.

İspaniya mətbuatı "Real" bu transfer üçün İngiltərə klubuna 17 milyon avro təzminat ödəyəcəyini yazıb. Əldə ediləcək uğurlar və şəxsi göstəricilərdən asılı olaraq əlavə 7 milyon avro da ödənilə bilər.

Qeyd edək ki, B.Dias yeni klubunda illik 3.5 milyon avro qazanacaq.


Son xəbərlər