İspaniya La Liqasında 18-ci turun oyunları davam edir.
Qol.az-ın məlumatına görə, bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən "Real" öz meydanında "Real Sosyedad"ı qəbul edib. "Kral klubu" doğma azarkeşləri önündə gözlənilmədən məğlub olub - 0:2. Meydan sahiblərinin qapısından ilk qolu 3-cü dəqiqədə penaltidən Villian Joze keçirib. 61-ci dəqiqədə "Real" azlıqda qalıb. Lukas Vaskes qırmızı vərəqə alaraq, meydandan qovulub. Say üstünlüyündən istifadə edən "Real Sosyedad" futbolçuları 83-cü dəqiqədə Madrid təmsilçisini ikinci dəfə cəzalandırıb. Ruben Pardo bu qolla həm də oyunda son nöqtəni qoyub.
Turun maraqlı qarşılaşmalarından biri də "Sevilya" və "Atletiko" komandaları arasında olub. Gərgin mübarizə şəraitində keçən matçda qalib müəyyənləşməyib. İlk hissədə hərəyə bir dəfə fərqlənən komandalar meydanı bərabərliklə tərk ediblər. Meydan sahiblərinin heyətində 37-ci dəqiqədə Vissam Ben Yedder fərqlənib. 45-ci dəqiqədə isə qonaqların hücumçusu Antuan Qrizmann tarazlığı bərpa edib.
"Eybar" - "Vilyarreal" görüşündə isə hesab açılmayıb.
Qeyd edək ki, turnir cədvəlinə 40 xalla "Barselona" başçılıq edir. "Atletiko" 35 xalla 2-ci, iki xal az toplayan "Sevilya" 3-cüdür. "Real" isə 30 xalla 5-ci sırada qərarlaşıb.
İspaniya La Liqası, 18-ci tur
7 yanvar
"Vilyarreal" - "Eybar" - 0:0
"Sevilya" - "Atletiko" - 1:1
Qollar: V. Ben Yedder, 37 (1:0), A. Qrizmann, 45 (1:1)
"Real" - "Real Sosyedad" - 0:2
Qollar: V. Joze, 3-pen (0:1), R.Pardo, 83 (0:2)
"Sabah" TNS-ə qarşı
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
"Bizə daha çox yeni oyunçu lazımdır"
“İnter”ə bu transferi həyata keçirməyə icazə verilmədi
Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
"Turan Tovuz"un rəqibi bilindi
“Qalatasaray”ın yeni transferi İstanbula yollandı - Video
"Sabah"la matç bu dəfə fərqli olacaq" - TNS-in baş məşqçisi
“Kəpəz"dən bu yayın ilk transferi
Fransa - İspaniya matçından əvvəl bir dəqiqəlik sükut olacaq
"Onları necə məğlub edəcəyimizi bilirik"
"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi
Messi DÇ-də 40 ilin rekordunu təkrarladı
“Qəbələ”də oynayırdı, Kipr klubuna keçdi
Dibala “Roma” ilə müqaviləni yenilədi
Slaven Biliç rəsmən Xorvatiya millisində
Murat Yakın: "Futbol uduzdu"
Belçika millisinin üzvü "Mançester Yunayted"də
PSJ yetirməsi ilə peşəkar müqavilə imzaladı
"Qəbələ" 5 yoxlama oyunu keçirəcək
Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
"Benfika"nın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Haaland: "İngiltərə millisinin uğur qazanmasını istəyirəm"
"Strasburq"un yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi rekorda imza atdı
Dieqo Forlan Uruqvay millisinə baş məşqçi təyin olundu
“Messi son dərəcə təxribatçı davranırdı"
Maldininin yeni iş yeri bilindi - Rəsmi
Yusif Avropa çempionu oldu
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi