Mourinyo yenidən "Benfika"da?

Mourinyo yenidən "Benfika"da?
DÜNYA FUTBOLU 5 Yanvar 2019 / 12:05 3522
-  A +

Bir müddət öncə "Mançester Yunayted"dən istefaya göndərilən Joze Mourinyo yenidən Portuqaliyada işləyə bilər.

Qol.az-ın "Record" nəşrinə istinadən yaydığı xəbərə görə, 55 yaşlı mütəxəssislə "Benfika" yaxından maraqlanır. Dünən baş məşqçisi Rui Vitoriya ilə yollarını ayıran Lissabon təmsilçisi bu vəzifəni məhz Mourinyoya həvalə etməyi düşünür.

Qeyd edək ki, Mourinyo 2000-ci ildə "Benfika"nı çalışdırıb. Portuqaliyalı mütəxəssis cəmi 3 ay "qartallar"ın sükanı arxasında olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner