Falkaonun atası tennis oynayarkən öldü

Falkaonun atası tennis oynayarkən öldü
DÜNYA FUTBOLU 4 Yanvar 2019 / 17:45 3125
-  A +

"Monako”un futbolçusu Radamel Falkaonun atası Radamel Qarsiya Kinq tennis oynayarkən həyatını itirib.

Qolo.az-ın xəbərinə görə, bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi "Tvitter” hesabı məlumat yayıb. 61 yaşlı sabiq futbolçunun ürək tutmasından vəfat etdiyi bildirilir.

32 yaşlı hücumçunun atası xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Son xəbərlər