"Səni arvadımdan çox sevirəm" - Mendidən Aqueraya

"Səni arvadımdan çox sevirəm" -  Mendidən Aqueraya
DÜNYA FUTBOLU 4 Yanvar 2019 / 17:28 4213
-  A +

"Mançester Siti”nin futbolçusu Benjamin Mendi şəxsi "Tvitter" hesabında komanda yoldaşı Serxio Aquero  haqda maraqlı paylaşım edib.

Qol.az-ın xəbərinə görə, 24 yaşlı müdafiəçi İngiltərə Premyer Liqasının 21-ci turunda evdə “Liverpul”u məğlub etdikləri oyundan (2:1) sonra argentinalı futbolçu ilə şəklini paylaşaraq yazıb: “Səni həyat yoldaşımdan belə daha çox sevirəm, qardaşım”.

S. Aquero da bu paylaşıma cavab olaraq “Mən də səni sevirəm, qardaşım” yazaraq cavab verib.

Qeyd edək ki, Aquera "Liverpul"la matçda ilk qolun müəllifi olub.


Son xəbərlər