Ramos 800-cü oyununa çıxdı

Ramos 800-cü oyununa çıxdı
DÜNYA FUTBOLU 4 Yanvar 2019 / 17:00 1476
-  A +

İspaniya La Liqasının 17-ci turundan təxirə salınmış “Vilyarreal” - "Real" oyunu (2:2) qonaqların kapitanı Serxio Ramos üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, ispaniyalı müdafiəçi karyerası ərzində 800-cü matçına çıxıb.

Qeyd edək ki, 2004-cü ildə peşəkar karyerasına “Sevilya”da başlayan 32 yaşlı müdafiəçi, Əndəlüs təmsilçisi ilə 50 oyunda iştirak edib. 2005-ci ildə “Real”a keçən Ramos, Madrid klubu ilə 589 rəsmi qarşılaşmada forma geyinib. 2005-ci ildə İspaniya millisində debüt edən kapitan, yığmada 161 oyun keçirib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner