Burak Yılmaz rəsmən "Beşiktaş"da

Burak Yılmaz rəsmən "Beşiktaş"da
DÜNYA FUTBOLU 4 Yanvar 2019 / 13:04 2519
-  A +

“Trabzsonspor”un futbolçusu Burak Yılmazın "Beşiktaş”a keçidi rəsmiləşib.

Qol.az-ın İstanbul  klubunun rəsmi saytına  istinadən yaydığı xəbərə görə, “qara-qartallar” ötən həftə razılıq əldə etdiyi 33 yaşlı hücumçu ilə 2.5 illik müqavilə imzalayıb. Futbolçu artıq yeni klubunda ilk məşqinə çıxıb.



"Beşiktaş"ın bu tranfser üçün qarşı tərəfə 1 milyon avro, Buraka isə illik 2.5 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü 2006-2008 ci illərdə “Beşiktaş”da çıxış edib.

Son xəbərlər