Oblak ardıcıl 4-cü dəfə ilin futbolçusu seçildi

Oblak ardıcıl 4-cü dəfə ilin futbolçusu seçildi
DÜNYA FUTBOLU 3 Yanvar 2019 / 22:45 2395
-  A +

“Atletiko”nun qapıçısı Yan Oblak Sloveniyada ilin futbolçusu seçilib.

Qol.az xəbər verir ki, ardıcıl 4-cü dəfə ilin ən yaxşısı seçilən 25 yaşlı qolkiper bu göstəricinə rekorda imza atıb.

Bundan əvvəl “İnter”in qapıçısı Samir Handanoviç 3 dəfə (2009, 2011, 2012-ci illər) Sloveniyada ilin futbolçusu seçilib.

Qeyd edək ki, Oblak ötən il “Atletiko”nun heyətində 50 oyuna çıxıb. O, 2018-ci ildə Madrid klubu ilə Avroliqanın və UEFA Superkubokunun qalibi olub.

 


 

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner