"Atletiko" Qodinlə yolları ayırır

"Atletiko" Qodinlə yolları ayırır
DÜNYA FUTBOLU 3 Yanvar 2019 / 18:20 2582
-  A +

"Atletiko" futbolçusu Dieqo Qodinlə yolları ayırır.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Uruqvay millisinin üzvü Madrid klubunun yeni müqavilə təklifini qəbul etməyib.

Mövsümün sonunda müqaviləsi başa çatacaq 32 yaşlı futbolçu ilə “Milan” və  "Mançester Yunayted" maraqlanır. Sərfəli təklif alacağı təqdirdə Qodin yanvar ayında da “Atletiko”dan ayrıla bilər.

Qeyd edək ki, Qodin 2010-cu ildən "Atletiko"da çıxış edir.

Son xəbərlər