"Mançester Yunayted"də uzun müddət qalmaq istəyirəm" - Sulşer

"Mançester Yunayted"də uzun müddət qalmaq istəyirəm" -  Sulşer
DÜNYA FUTBOLU 3 Yanvar 2019 / 17:48 2577
-  A +

"Hələ üst səviyyəyə qalxmamışıq. Bunun üçün çalışırıq”.

Qol.az xəbər verir ki, bu sözləri “Mançester Yunayted”in baş məşqçisi  Ole-Qunner Sulşer  Britaniya mətbuatına açıqlamasında deyib.

Joze Mourinyonun qovulmasından sonra “qırmızı şeytanlar”la mövsümün sonuna qədər müqavilə imzalayan norveçli mütəxəssis komandada daha uzun müddət qalmaq istədiyini bildirib: “Mançester Yunayted"dən ayrılmaq istəmirəm. Əlimdən gələn qədər klubda uzun müddət qalmaq fikrim var".

Qeyd edək ki, "Mançester Yunayted" Sulşerin rəhbərliyi altında keçirdiyi dörd oyunun hamısında qalib gəlib.

Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner