Fabreqas 500-ə çatdı

Fabreqas 500-ə çatdı
DÜNYA FUTBOLU 3 Yanvar 2019 / 16:40 1581
-  A +

İngiltərə Premyer Liqasının 21-ci turunda keçirilən “Çelsi” -  “Sauthempton” oyunu (0:0) meydan sahiblərinin futbolçusu Sesk Fabreqas üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi karyerasında ingilis klublarıyla 500-cü matçına çıxıb.

Fabreqas 2003-2011-ci illərdə  “Arsenal”da 306,  2014-cü ildən çıxış etdiyi “Çelsi”də isə 194 oyun keçirib.

Qeyd edək ki, Fabreqas 2014-cü ildə “Barselona”dan “Çelsi”yə transfer edilib. Onun “Monako”ya keçəcəyi haqda xəbərlər yayılıb.

Son xəbərlər