"Beşiktaş” Quarejmanı göndərir

"Beşiktaş” Quarejmanı göndərir
DÜNYA FUTBOLU 28 Dekabr 2018 / 13:36 2828
-  A +

“Beşiktaş” futbolçusu Rikardo Quarejmayla yollarını ayırır.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, qış transfer pəncərəsində ən azı 5 futbolçunu göndərmək istəyən İstanbul təmsilçisi 35 yaşlı futbolçunun özünə klub axtarmasını tələb edib.

Buna səbəb portuqaliyalı yarımmüdafiəçinin yüksək məbləğdə maaş alması və yaşının çox olmasıdır.

Qeyd edək ki, klubu ilə 2020-ci ilə qədər müqaviləsi olan R. Quarejma ilə uzaq Asiya klublarının maraqlandığı bildirilir.

Son xəbərlər