"Mançester Siti"nin 19 yaşlı futbolçusu "Real"da

"Mançester Siti"nin 19 yaşlı futbolçusu "Real"da
DÜNYA FUTBOLU 28 Dekabr 2018 / 13:10 3844
-  A +

"Mançester Siti"nin yarımmüdafiəçisi Braim Dias karyerasını "Real"da davam etdirəcək.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, artıq klublar bütün məsələlərdə razılığa gəlib.

"Real" 19 yaşlı futbolçu üçün qarşı tərəfə 15 milyon avro ödəyəcək. Dias yeni komandası ilə 6 illik müqavilə imzalayacaq. Onun illik məvacibi 3,5 milyon avro təşkil edəcək. Gələn həftə transferin rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, Braim Dias 2014-cü ildə "Malaqa"dan transfer edilib. O, bu ilin yanvarından "şəhərlilər"in əsas komandası ilə məşq edirdi. Gənc fubolçu "MS" heyətində 3 kubok oyununa çıxıb və 2 qol vurub.

Son xəbərlər