Samir Nəsri ilə bağlı qərar verildi

Samir Nəsri ilə bağlı qərar verildi
DÜNYA FUTBOLU 28 Dekabr 2018 / 11:38 3723
-  A +

İki aydır  "Vest Hem"də məşqlərə çıxan Samir Nəsrinin klubdakı taleyinə aydınlıq gəlib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Premyer Liqa təmsilçisi Fransa millisinin sabiq üzvünə rəsmi təklif edib.

Müqavilənin müddəti mövsümün sonuna kimi nəzərdə tutulub. London klubu 31 yaşlı yarımmüdafiəçiyə həftəlik 90 min avro maaş vermək niyyətindədir. Nəsrinin kluba cavabı barədə məlumat verilməyib.
 
Qeyd edək ki, “Arsenal”, “Mançester Siti”, “Sevilya” kimi klublarda çıxış edən Nəsrinin 18 aylıq dopinq cəza müddəti başa çatmaq üzrədir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner