"Mənə dəyişiklik lazım deyil" - Messidən Ronaldoya cavab

"Mənə dəyişiklik lazım deyil" -  Messidən Ronaldoya cavab
DÜNYA FUTBOLU 28 Dekabr 2018 / 11:04 5102
-  A +

"Mənə dəyişiklik lazım deyil. Dünyanın ən yaxşı klubundayam. İldən-ilə qarşımda duran hədəflər artır".

Qol.az xəbər verir ki, bu sözləri "Barselona"nın futbolçusu Lionel Messi "Marca"ya açıqlamasında deyib.

Argentinalı hücumçu "Yuventus"un üzvü Kriştiano Ronaldonun bu yaxınlarda verdiyi açıqlamada onu İtaliyada birlikdə oynamağa dəvət etməsinə münasibət bildirib. O, İspaniyada özünü rahat hiss etdiyini və klubunu dəyişməyə heç bir səbəbin olmadığını qeyd edib: "Komandamı və ya çempionatı dəyişməyə ehtiyac yoxdur. Mən öz evimdəyəm. Ona görə də nəyisə dəyişməyə səbəb görmürəm".

Xatırladaq ki, mövsümün əvvəlində "Real"dan "Yuventus"a keçən Ronaldo Messi haqqında açıqlamasında belə demişdi: "Messi hələ də İspaniyada oynayır. Amma mən İngiltərə, İspaniya, Portuqaliya və İtaliyada oynamışam. Bəlkə, mənə daha çox ehtiyacı var. Həyat mənim üçün mübarizə meydanıdır və mən bunu çox sevirəm. Messinin bir gün İtaliyada oynamasını istəyərəm".

Son xəbərlər