"Barselona" hollandiyalı futbolçu ilə razılaşdı

"Barselona" hollandiyalı futbolçu ilə razılaşdı
DÜNYA FUTBOLU 28 Dekabr 2018 / 10:40 3235
-  A +

Hollandiyalı yarımmüdafiəçi Frenki de Yonqun "Barselona"ya keçəcəyi dəqiqləşib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Ayaks”ın futbolçusu Kataloniya klubu ilə 5 illik müqavilə imzalayacaq.

PSJ və "Mançester Siti" də 21 yaşlı futbolçunu heyətinə qatmaq istəsə də, o, bu təkliflərdən imtina edib.  Frenki “Barselona”ya yeni mövsümdən qoşulacaq. Bu keçid üçün "Barsa"nın “Ayaks”a 75 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, “Barselona” gənc futbolçunu Serxio Busketsə əvəzləyici kimi komandaya cəlb edir.

Son xəbərlər