“Bavariya”nın futbolçusu qəzaya düşdü

“Bavariya”nın futbolçusu qəzaya düşdü
DÜNYA FUTBOLU 28 Dekabr 2018 / 09:50 2128
-  A +

“Bavariya”nın futbolçusu Kinqsli Koman avtoqəzaya düşüb.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Fransa millisinin üzvü yağışlı havada yüksək sürətlə gedərkən idarəetməni itirib və maşın yol kənarındakı səkiyə çırpılıb.

Nəqliyyat vasitəsi 150 metr sürüşüb. Futbolçu və maşında olan digər şəxslər xəsarət almaslar da, avtomobilə ciddi ziyan dəyib. Futbolçu qəza şəraiti yaratdığı üçün cərimələnib.

Son xəbərlər