Robinyo Türkiyədə klubunu dəyişdi

Robinyo Türkiyədə klubunu dəyişdi
DÜNYA FUTBOLU 27 Dekabr 2018 / 22:15 5686
-  A +

Braziliya millisinin sabiq üzvü Robinyo klubunu dəyişib.

Qol.az xəbər verir ki, “Sivasspor”un futbolçusu Superliqanın lideri “Başakşəhər”lə razılıq əldə edib. Bunu yerli mətbuata açıqlamasında İstanbul klubunun prezidenti Göksel Gümüşdağ da təsdiqləyib. 34 yaşlı futbolçunun transferinin yaxın saatlarda açıqlanacağı bildirilir.

Qeyd edək ki, “Real”, “Mançester Siti” və “Milan” kimi klublarda oynamış Robinyo bu ilin yanvar ayında Braziliyanın “Atletiko Mineyro” klubundan “Sivasspor”a keçib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner