"Altı xallıq fərq nədir ki?" - Klopp

"Altı xallıq fərq nədir ki?" - Klopp
DÜNYA FUTBOLU 27 Dekabr 2018 / 10:59 1842
-  A +

İngiltərə Premyer Liqasının lideri  "Liverpul"un baş məşqçisi Yurgen Klopp "Tottenhem"lə arlarındakı 6 xallıq fərqə münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o  deyib: "Altı xallıq fərq nədir ki? Heç nə. Hələ oynayacağımız önəmli oyunlar var. İşlərimiz yaxşı gedir .Premyer Liqada öz tariximizi yazmaq istəyirik. Statistikalarımız yaxşıdır, ancaq qarşıda uzun  yolumuz var".

Qeyd edək ki, "Liverpul" hazırda 51 xalla ölkə çempionatında ilk pillədə qərarlaşıb. "Tottenhem" 45 xalla 2-ci, "Mançester Siti" 44 xalla 3-cüdür.


Son xəbərlər