Ronaldo "Yuventus"u məğlubiyyətdən xilas etdi

Ronaldo "Yuventus"u məğlubiyyətdən xilas etdi
DÜNYA FUTBOLU 26 Dekabr 2018 / 19:59 3486
-  A +

"Yuventus" İtaliya A seriyasında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Turin klubu  18-ci  turda səfərdə "Atalanta" ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. Qonaq komandanın bərabərlik qolunu 65-ci dəqiqədə meydana daxil olan Kriştiano Ronaldo vurub.

"Atalanta" - "Yuventus" - 2:2
Qollar:
Djimsiti, 2-avtoqol (0:1), Zabata, 24 (1:1), 56 (2:1), Ronaldo, 78 (2:2)
Qırmızı vərəqə: Bentankur, 53 ("Yuventus")

Qeyd edək ki, turnir cədvəlinə 50 xalla "Yuventus" başçılıq edir. "Napoli" 41 xalla 2-ci, "İnter" 33 xalla 3-cüdür.


Son xəbərlər