“Milan” autsayderlə də bacarmadı

“Milan” autsayderlə də bacarmadı
DÜNYA FUTBOLU 26 Dekabr 2018 / 18:51 1746
-  A +

İtaliya A Seriyasında 18-ci tura start verilib.

Qol.az-ın məlumatına görə, turun açılış oyununda “Milan” səfərdə “Frazinone”nin qonağı olub. Milan şəhərinin eyniadlı təmsilçisi autsayderin müqavimətini qıra bilməyib. Görüş qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, son 4 oyunda qələbə qazana bilməyən “Milan” 28 xalla 5-ci pillədə qərarlaşıb. 10 xalı olan “Frazinone” isə 20 komanda arasında 19-cudur.


Son xəbərlər