“Everton” Cenk Tosunla bağlı qərar verdi

“Everton” Cenk Tosunla bağlı qərar verdi
DÜNYA FUTBOLU 26 Dekabr 2018 / 12:29 5980
-  A +

“Everton” bir neçə klubun icarəyə götürmək istədiyi futbolçusu Cenk Tosunla bağlı qərarını verib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub 27 yaşlı hücumçunu icarəyə vermək niyyətində deyil. Premyer Liqa təmsilçisi yaxşı təklif gələcəyi təqdirdə, türk futbolçunu satmağı planlaşdırır.

Qeyd edək ki, 23 milyon avro qarşılığında “Beşiktaş”dan transfer edilən Türkiyə millisinin üzvü bu mövsüm İngiltərə Premyer Liqasında iştirak etdiyi 14 oyunda 2 qol vurub.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?