FİFA-dan Türkiyə klubuna sərt cəza

FİFA-dan Türkiyə klubuna sərt cəza
DÜNYA FUTBOLU 26 Dekabr 2018 / 11:36 2499
-  A +

FİFA Türkiyənin “Qaziantepspor” klubunu cəzalandırıb.

Qol.az xəbər verir ki, hazırda TFF 2-ci liqada mübarizə aparan klubun sabiq qapıçısı Jidrunas Karçemarskasa olan borcunu vaxtında ödəməməsi bu cəzaya səbəb olub.  

FİFA “Qaziantepspor”un hesabından 6 xalın silinməsi və kluba transfer qadağası qoyulması barədə qərar qəbul edib. Bu barədə məlumatı klubun prezidenti Hasan Şahin də yerli mətbuata açıqlamasında təsdiqləyib.

Qeyd edək ki, Litva yığmasının sabiq üzvü 2010-2016-cı illərdə “Qaziantepspor”da çıxış edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner