"Milan" Maldininin oğlu ilə müqavilə bağlayır

"Milan" Maldininin oğlu ilə müqavilə bağlayır
DÜNYA FUTBOLU 25 Dekabr 2018 / 22:50 2752
-  A +

“Milan” gənc futbolçusu Daniel Maldini ilə peşəkar müqavilə imzalamağa hazırlaşır.

Qol.az-ın məlumatına görə, bu barədə  İtaliya mətbuatı xəbər yayıb. Klubun əfsanəvi futbolçusu Paolo Maldininin 17 yaşlı oğlu  “Milan”ın U-19 komandasında çıxış edir. Gənc hücumçu ilə digər klublar da maraqlandığından “Milan” onunla sözləşməni yeniləməyi qərar verib.

Qeyd edək ki, D.Maldini bu mövsüm “Milan”da 11 oyuna 4 qol vurub.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?