Emenike Türkiyəyə qayıdır

Emenike Türkiyəyə qayıdır
DÜNYA FUTBOLU 25 Dekabr 2018 / 19:55 4125
-  A +

Nigeriya millisinin sabiq üzvü Emmanuel Emenike yenidən Türkiyədə çıxış edə bilər.

Qol.az-ın “Hürriyət”ə istinadən yaydığı xəbərə görə,  Türkiyə I Liqasında çıxış edən "Dənizlispor" 31 yaşlı hücumçunu transfer etmək istəyir. Azad agent statusu olan forvardın Dənizli təmsilçisinin rəhbərliyi ilə görüşdüyü bildirilir.

Qeyd edək ki, Emenike yayda "Olimpiakos"dan ayrıldıqdan sonra klubsuzdur. O, "Karabükspor", "Spartak", "Fənərbağça", "Əl-Əyn", "Ves Hem" kimi klublarda çıxış edib.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?