David Luis "Çelsi"dən ayrılır

David Luis "Çelsi"dən ayrılır
DÜNYA FUTBOLU 25 Dekabr 2018 / 00:55 3616
-  A +

“Çelsi”nin futbolçusu David Luis klubu ilə yeni müqavilə imzalamayacaq.

Qol.az-ın “The Sun” nəşrinə istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçi 2019-cu ilin yayında - sözləşməsi başa çatanda London təmsilçisindən ayrılacaq.

Təcrübəli futbolçu “zadəganlarl”a uzunmüddətli müqavilə bağlamaq istəsə də, klub 30 yaşdan yuxarı oyunçularla 1 ildən artıq müddətə saziş imzalamayacağını açıqlayıb. Bu təkliflə razılaşmayan Luis yayda klubdan ayrılmağa qərar verib.

Qeyd edək ki, D.Luis bu mövsüm Premyer Liqada 17 oyun keçirib və 1 qol vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner