"Fənərbaxça"dan növbəti xal itkisi

"Fənərbaxça"dan növbəti xal itkisi
DÜNYA FUTBOLU 24 Dekabr 2018 / 23:00 2671
-  A +

Türkiyə Superliqasında 17-ci tura yekun vurulub.

Qol.az-ınməlumatına görə,  son oyun günündə iki matç keçirilib."Fənərbaxça" səfərdə "Antalyaspor"la qarşılaşıb. İstanbul klubu yenə qələbəyə həsrət qalıb və növbəti xal itkisi ilə üzləşib. "Akhisar" - "Konyaspor" görüşündə də hesab açılmayıb.

"Antalyaspor" - "Fənərbaxça" - 0:0
 
"Akhisar" - "Konyaspor" - 0:0

Qeyd edək ki, turnir cədvəlinə 35 xalla "Başakşəhər" başçılıq edir.  "Trabzonspor", "Malatyaspor", "Kasımpaşa", "Qalatasaray" 29 xalla 2-5-ci pillələri bölüşdürür. "Fənərbaxça" isə 16 xalla  18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner