Messidən 43-cü het-trik

Messidən 43-cü het-trik
DÜNYA FUTBOLU 17 Dekabr 2018 / 12:16 5557
-  A +

"Berselona"nın futbolçusu Lionel Messi Kataloniya klubunun heyətində 43-cü dəfə het-trik edib.

Qol.az xəbər verir ki, 31 yaşlı hücumçu La Liqanın 16-cı turundan səfərdə "Levante”ni 5:0 hesabı ilə məğlub etdikləri görüşdə 3 qol vurub.

Argentinalı futbolçu bu göstəricidə yalnız hazırda  "Yuventus”da çıxış edən  Kriştiano Ronaldodan geri qalır. Portuqaliyalı hücumçu bu yay ayrıldığı "Real"ın heyətində 44 dəfə het-trik edib.

"Levante" ilə görüş Messi üçün daha iki məqamla da əlamətdar olub.  O, het-trik etməklə 2018-ci ildə 50 qol vuran ilk futbolçu olub. "Barselona”nın kapitanı həm də bu il "Top-5” liqalarda "qol+ötürmə” sistemi ilə 20 xal yığan ilk oyunçudur.

Qeyd edək ki, Messi bu mövsüm "Barsa"nın heyətində ümumilikdə 19 oyuna 20 qol vurub,  12 məhsuldar ötürmə edib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner