Çempionlar Liqasının qrup mərhələsində ən çox qol vuran komanda PSJ, ən az top buraxan isə Dortmund “Borussiya”sı olub.
Qol.az-ın xəbərinə görə, C qrupundan lider olaraq növbəti mərhələyə yüksələn Paris klubu 17 qol vuraraq bu göstəricidə birincidir. “Borussiya” isə qapısında sadəcə 2 qol görərək ən az qol buraxan komanda olub.
Ən çox qol vuran komandalar:
1) PSJ (Fransa) – 17 qol
2) “Mançester Siti”(İngiltərə) – 16 qol
3) “Bavariya” (Almaniya) – 15 qol
4) “Porto” (Portuqaliya) – 15 qol
5) “Barselona” (İspaniya) – 14 qol
Ən az qol buraxanlar:
1) “Borussiya” (Almaniya) – 2 qol
2) “Mançester Yunayted” (İngiltərə) – 4 qol
3) “Yuventus” (İtaliya) – 4 qol
4) “Şalke” (Almaniya) – 4 qol
Bundan əlavə, “Srvena Zvezda” 17 qolla ən çox top buraxan komanda olub.
Bu mövsüm ümumilikdə, bütün qrup oyunlarında 275 qol vurulub. Bu qolların 8-nin müəllifi olan “Bavariya”nın futbolçusu Robert Levandovski bombardirlər siyahsında birincidir. İkinci pilləni rəqib qapılarından 6 top keçirən “Barselona”nın futbolçusu Lionel Messi tutur. PSJ-dən Neymar, “Roma”dan Edin Ceko, “Yuventus”dan Paulo Dibala, “Porto”dan Musa Mareqa, “Ayaks”dan Dusan Tadiç və “Hoffenaym”dan Andrey Kramariç hərəyə 5 qol vuraraq siyahıda 3-8 yerləri bölüşür.
Əlavə edək ki, buna qədər qrup matçlarında ən çox qol rekordu ötən mövsüm qırılıb. 32 komandanın mübarizə apardığı bu mərhələdə 306 qol vurulmuşdu.
Bu mövsüm hələlik ən məhsuldar hesab C qrupunun 2-ci turunda PSJ və “Srvena Zvezda” klubları arasındakı oyunda qeydə alınıb. Parislilər 6:1 hesabı ilə qalib gəlib. F qrupunun 4-cü turunda keçirilən “Mançester Siti” “Şaxtyor” oyunu (6:0) isə qrup mərhələsinin ən böyükhesablı qalibiyyəti olub.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı