Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) dünya çempionatı ilə bağlı maraqlı ideya irəli sürüb.
Qol.az-ın "The Guardian"a istinadən yaydığı xəbərə görə, qurumun prezidenti Alexandro Dominqes FİFA-ya mundialın 2 ildən bir keçirilməsini təklif edib. O, futbolçuların bununla dünya çempionatında daha çox iştirak imkanı qazanacağını vurğulayıb:
"Millətlər Liqasında oynamaq üçün dünya çempionatını 2 ildən bir keçirə bilərik. Bu, hamının xeyrinə olar. Belədə futbolçular ən azı 4 mundial görə bilərlər. İndiki halda onlar maksimum 2 turnirdə iştirak edə bilirlər. Həll yolları çoxdur. Dünya çempionatını uzun müddət gözləmədən Avropa, Cənubi və Şimali Amerika, Afrika və Asiyada keçirə bilərik. Maliyyə tərəfinə gəlincə, FİFA bundan daha çox gəlir götürüb, ölkələrə daha çox pul paylaya bilər".
Qeyd edək ki, KONMEBOL daha əvvəl FİFA-ya mundial iştirakçılarının sayını 32-dən 48-ə yüksəltməyi təklif edib. Ali futbol qurumu da hazırda bu məsələni müzakirə edir.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...