Futbol Assosiasiyalarının Beynəlxalq Şurası (İFAB) qaydalarda bir sıra dəyişikliklərin edilməsi təklifini irəli sürüb.
Qol.az-ın "BBC"yə istinadən yaydığı xəbərə görə, qurum növbəti iclasında nəzərdə tutulan yenilikləri müzakirəyə çıxaracaq. Səsvermədən sonra bu qaydaların qəbul edilib-edilməməsinə qərar veriləcək.
Aşağıdakı yeniklər təklif olunur:
1. Futbolçular vaxtı uzatmaması üçün əvəzlənmə zamanı meydanı ən yaxın yan xətdən və ya üzbəüz xətdən tərk etməlidirlər.
2. Penalti yerinə yetirildiyi vaxt qapıçı qapı xətti üzərində bir ayağını saxlaya bilər. Hazırkı qaydaya əsasən, hər iki ayaq xətt üzərində olmalıdır.
3. Oyunsonrası penalti seriyası indiki ardıcıllıqla yerinə yetirilməsinə üstünlük verilsin, alternativ ABBA sxemindən istifadə olunması ideyası rədd edilsin. Bu ideyada hər dəfə bir komanda ilk zərbəni yerinə yetirməli idi. 1-ci, 3-cü və 5-ci penaltini A komandası, 2-ci və 4-cü zərbəni B komandası əvvəl vurmalı idi.
4.Əllə oyun, xüsusilə də istəmədən toxunuş olan epizodlarla bağlı qaydalar yenilənsin, hansı hallarda penalti, hansı hallarda isə davam qərarı verilməsi daha ətraflı yazılsın.
5.Mübahisəli top qaydası dəyişdirilsin.
6.Qapıdan zərbə və sərbəst zərbəni öz cərimə meydançasından başlamağa icazə verilsin.
7.Futbolçular kimi, klub rəsmiləri də sarı və qırmızı vərəqə ilə cəzalandırılsın.
Qeyd edək ki, İFAB-ın iclası gələn il martın 2-də keçiriləcək.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...