Sadio Mane "Liverpul"la yeni müqavilə imzaladı

Sadio Mane "Liverpul"la yeni müqavilə imzaladı
DÜNYA FUTBOLU 23 Noyabr 2018 / 01:12 2162
-  A +

"Liverpul" futbolçusu Sadio Mane ilə müqavilənin müddətini uzadıb.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. 26 yaşlı hücumçu  ilə uzunmüddətli müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, 2016-cı ilin yayında "Sauthempon"dan "Liverpul"a keçən S.Mane indiyə kimi 89 matçda 40 ql vurub.       


Son xəbərlər
topaz banner