Qvardiolaya xəbərdarlıq edildi

Qvardiolaya xəbərdarlıq edildi
DÜNYA FUTBOLU 22 Noyabr 2018 / 16:48 3105
-  A +

İngiltərə Futbol Federasiyası “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolaya xəbərdarlıq edib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb ispaniyalı məşqçinin Premyer Liqanın qaydalarına əməl etməməsi olub.

O, Premyer Liqanın 12-ci turunda “Mançester Yunayted”lə keçirilən matçdan əvvəl oyunun baş hakimi Antoni Teylor haqda danışıb. İngiltərə Futbol Federasiyasının qaydalarına görə, oyunlardan əvvəl məşqçilərə hakimlər haqda danışmaq qadağandır.

Xatırladaq ki, “Mançester Siti”  - “Mançester Yunayted” matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər
topaz banner