Karrasko komanda yoldaşının burnunu qırdı – millidən kənarda qaldı

Karrasko komanda yoldaşının burnunu qırdı –  millidən kənarda qaldı
DÜNYA FUTBOLU 22 Noyabr 2018 / 16:06 3273
-  A +

Çinin "Dalyan” klubunun futbolçusu Yannik Ferreyra-Karraskonun Belçika millisindən kənarda qalmasının səbəbi məlum olub.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə,  “Şanxay SİPG”lə oyunöncəsi məşqdə  komanda yoldaşı Jin Penqxianqın burnunu qıran 25 yaşlı yarımmüdafiəçi haqda polislər araşdırmaya başlayıb. Pasportu əlindən alındığı üçün  ölkədən kənara çıxa bilməyən futbolçu buna görə Belçikaya gedə bilməyib.

Karrasko açıqlamasında komanda yoldaşının müalicə xərclərini ödədiyini bildirib.

Qeyd edək ki, Karasko bu ilin fevral ayında “Atletiko”dan Çin klubuna keçib.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?