“Mourinyo “Mançester Siti”ni çalışdırsaydı, 2-3 dəfə Premyer Liqanın çempionu olardı”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Çelsi”nin sabiq futbolçusu Didye Droqba “Mirror”a açıqlamasında deyib.
Bu yaxınlarda futbolçu karyerasını başa vuran veteran hücumçu "Mançester Yunayted"in uğursuz çıxışlarına görə sabiq baş məşqçisini tənqid edənlərlə razılaşmadığı bildirib: “Mourinyo çox tənqid edilir. Çünki həmişə yaxşı nəticələr verib. İndi isə komandası istənilən kimi çıxış etmir. O, hələ də yüksək səviyyəli məşqçidir. Sadəcə, “Mançester Yunayted”i son illər çalışdırmış məşqçilərin işinə baxmaq lazımdır. Aleks Fergüssondan sonra “Mançester Yunayted”də işləmək asan deyil. Klubun büdcəsi də əvvəlki kimi deyil. Hamı Mourinyodan əla nəticə gözləyir. Ancaq o da bir insandır, nəyisə dəyişməyə çalışır”.
Qeyd edək ki, “MY” hazırda 12 turdan sonra Premyer Liqada 8-ci pillədə qərarlaşıb.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...