UEFA böyük beşlik çempionatlarının aparıcı klublarının istəyi ilə Superliqa yaradılacağı haqda yayılan xəbərlərə rəsmi münasibət bildirib.
Qol.az-ın "BBC"yə istinadən yaydığı xəbərə görə, qurumun prezidenti Aleksandr Çeferin bunun mümkünsüz olduğunu söyləyib. O, bəzi yeniliklər olacağını bildirsə də, Superliqanın yaradılmasının gündəmdə olmadığını vurğulayıb:
"Superliqa olmayacaq. Bu, bir növ kimlərinsə uydurması və arzusudur. Bizim bəzi ideyalarımız var. Amma belə bir liqanın yaradılması müzakirə mövzusu belə deyil. Hər bir klubun əvvəlki qaydada istənilən avrokubok yarışında iştirak etmək imkanı var".
"Yuventus"un prezidenti, eyni zamanda Avropa klublar Assosiasiyasının rəhbəri Andrea Anyelli də bu xəbərləri təkzib edib: "Onu deyə bilərəm ki, heç vaxt bu məsələ müzakirə olunmayıb. Bizim UEFA ilə oyunların daha da inkişaf etdirilməsi baxımından yaxşı əlaqəmiz var".
Qeyd edək ki, bir müddətdir Avropanın aparıcı klublarının öz aralarında Superliqa yaradılması üçün UEFA-ya təzyiq etmələri ilə bağlı xəbərlər dolaşır.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu