UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Azərbaycan yığmasını qəbul edəcək Kosovo millisinin baş məşqçisi Bernar Şalland matçöncəsi mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, 67 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
- Sabah bizi çox maraqlı oyun gözləyir. Hələ turnirdən əvvəl Priştinada final keçəcəyini düşünürdüm. Azərbaycanı favorit hesab edirəm. İlk oyunumuzda azərbaycanlılar daha yaxşı oynadı. Lakin o vaxtdan biz artırmışıq. Sabah doğma azarkeşlərimiz qarşısında oynayacağıq. İnanıram ki, maraqlı qarşılaşma alınacaq.
- Sabahkı matçda Azərbaycanda favorit kimi Kosovonu görürlər. Bəs siz nəyə əsasən əksini düşünürsünüz?
- FİFA reytinqinə əsasən. Bu, onu göstərir ki, Azərbaycan favoritdir. Üstəlik təcrübə baxımından da müqayisəyə gəlmərik. Eyni zamanda, sizin baş məşqçi Qurban Qurbanov da daim rəqiblərini favorit göstərir.
- Sabah baxımlı futbola üstünlük verəcəksiniz, yoxsa bütün fikirləriniz nəticəyə söykənəcək?
- Fəlsəfəm ondan ibarətdir ki, komandam hücum etməlidir. Bəzən futbol məntiqsiz olur və müdafiədə oturan komanda qalib gəlir. Ancaq hesab edirəm ki, daha çox hücum edən tərəf qələbəyə daha şanslıdır. Komandadan gedə də bilərəm. Təki komandam 90 dəqiqə ərzində qələbə üçün hər şey etsin.
- DÇ-nin seçmə mərhələsində 9 məğlubiyyət almışdınız. Amma indi nəticə 180 dərəcə dəyişib. Axı, eyni futbolçular oynayırsa, nə dəyişib?
- Ən böyük rolu futbolçular oynadı. Amma onu da deyim ki, DÇ və Millətlər Liqasını müqayisə etmək düzgün deyil. Türkiyə, Ukrayna və Finlandiya kimi rəqiblərlə oynamışıq. Nə qədər hörmətlə yanaşsam da, Millətlər Liqasındakı rəqiblər onlardan qat-qat zəifdilər. Və əlbəttə ki, biz də inkişaf etmişik.
- Farer adaları ilə millimizin son matçını və Kosovo ilə görüşümüzü izləmisiniz. Fərq hiss edilirdimi?
- Hər bir rəqibin oyununu təhlil edirəm. Təqribən 7 dəfə izləyirəm hər rəqibin oyununu. Farer adaları ilə matçı izləməmişəm. Ancaq bilirəm ki, 90 dəqiqə oyuna nəzarət edən 1 komanda var idi. Adalılar cəmi bir dəfə rəqib qapısına yaxınlaşdı. Bu da Azərbaycanın qrupun favoriti olduğunu bir daha sübut edir.
- Bir qədər öncə qeyd etdiniz ki, təki gözəl futbol sərgiləyəsiniz və hətta getməyə də hazırsınız. Bu, o anlama gəlir ki, sabah məğlub olacağınız təqdirdə, istefa verəcəksiniz?
- Hər bir məşqçi kimi istənilən vəziyyətə hazıram. İndi bu haqda düşünmürəm. İşimi yaxşı görmək istəyirəm. Hər bir şey tez bir zamanda dəyişə bilər. Ola bilər ki, bu matçdan sonra evimə göndərilim. Ancaq bu, mənim üçün faciə olmayacaq. Çünki xanımımı və övladlarımı çox sevirəm.
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir
Messinin daha bir nadir nailiyyəti
"Real" Madrid derbisini belə qazandı - Video