"Saraqosa"nın qələbə həsrəti bitəcəkmi? - "Topaz"

"Saraqosa"nın qələbə həsrəti bitəcəkmi? -  "Topaz"
ETOPAZ 12 Noyabr 2018 / 11:25 1680
-  A +

Həftənin futbol baxımından ən "kasad" günü olan bazar ertəsi yenə ənənəvi mənzərədir. Azarkeşlər üçün izləməyə, proqnozsevərlər üçün isə mərc etməyə seçim imkanı bu gün elə də geniş deyil.

Bununla belə, Azərbaycanın  yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" müştəri maraqlarını nəzərə alaraq bu günkü oyun proqramını da maraqlı etməyə çalışıb. Proqnozsevərlərə bu günkü "Topaz" proqramında seçim üçün 39 qarşılaşma təklif edilir. Bunlardan 18-i canlı mərcə çıxarılacaq. 5 matça isə həm canlı, həm də "təkli oyun" kimi mərc etmək olar. Aparıcı futbol liqalarında, "top-çempionatlar"da bu axşam oyun olmadığından "Topaz" Yunanıstan və  Rumıniya əsas, Almaniya və İspaniyanın isə 2-ci liqalarının görüşlərinə "təkli oyun" statusu verib. Almaniya 2-ci bundesliqasında bu, "Bohum"-"Darmştadt" (kod 1132, saat 23:30).

Turnir cədvəlində 11-12-ci yerləri bölüşən bu komandaların son 3 qarşılaşması 2:1 hesabı ilə bitib. Bunların ikisində "Bohum", birində isə "Darmştadt" qalib gəlib. "Topaz" tərəflərin bu günkü duelində "Bohum"un qələbəsini 1.90, heç-heçə 2.95, "Darmştadt"ın qələbəsini isə 3.20 əmsalla dəyərləndirib. İspaniya sequndasında "təkli oyun" gecə saat 12-də başlanacaq "Tarraqona"-"Saraqosa" (kod 1137) görüşüdür. 8 oyundur qələbəyə həsrət qalan saraqosalılar özü kimi autsayderlər qrupunda qərarlaşan "Tarraqona" ilə matçda bu uğursuz seriyanı dayandırmağa çalışacaq. 12 oyuna cəmi 9 xal yığan "Tarraqona"nın özünə də sonuncu pillədən qurtulmaq üçün qələbə çox vacibdir. "Topaz"ın bu oyun üçün müəyyənləşdirdiyi əmsallar: "Tarraqona"nın qələbəsi 2.50, heç-heçə 2.75, "Saraqosa"nın qələbəsi 2.45.

Son xəbərlər
22.12.24  10:16

Daha 5 il "Bayer"də

21.12.24  17:52

Tovuzda heç-heçə