Bolt Avstraliya klubundan ayrıldı

Bolt Avstraliya klubundan ayrıldı
DÜNYA FUTBOLU 2 Noyabr 2018 / 17:55 3007
-  A +

8 qat olimpiya çempionu Useyn Bolt bir müddət çıxış etdiyi  “Sentral Kost Marines” klubundan ayrılıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, avqust ayından bəri komanda ilə məşqlərə çıxan və hazırlıq oyununda iki qol vuran yamaykalı idmançı maliyyə məsələsində Avstraliya təmsilçisi ilə razılaşmayıb. Boltun klubdan illik 3 milyon dollar tələb etdiyi, “Sentral Kost Marines”in isə ona 150 min dollar təklif etdiyi bildirilir.

Qeyd edək ki, yamaykalı atletin ölkəsinin milli komandasına cəlb olunacağı gözlənilir.

Xatırladaq ki, 32 yaşlı sprinter daha öncə Maltanın "Valetta" klubunun iki illik müqavilə təklifini rədd etmişdi.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord