Hərbi xidmətdən yayındı, millidən qovuldu

Hərbi xidmətdən yayındı, millidən qovuldu
DÜNYA FUTBOLU 2 Noyabr 2018 / 11:24 3471
-  A +

Cənubi Koreya millisinin üzvü  Çan Hon Su yığmadan qovulub.

Qol.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, səbəb 27 yaşlı müdafiəçinin hərbi xidmətdən yayısnması olub.

Futbolçu 57 dəfə formasını geyindiyi yığmadan birdəfəlik uzaqlaşdırılıb və 2000 avro məbləğində cərimələnib.

Qeyd edək ki, Yaponiyanın "Tokio” klubunda çıxış edən Çan Hon Su saxta sənəd düzəldərək hərbi xidmət əvəzinə 200 saatlıq ictimai işlərdə çalışıb. Əslində isə 2014-cü il Asiya Oyunlarının qalibi olan Çan iki illik hərbi xidmət əvəzinə, dörd həftəlik hərbi hazırlıq keçməli və 500 saatlıq ictimai işlərdə çalışmalı idi.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord