"Milan" antirekordunu təkrarladı - 72 ildən sonra

"Milan" antirekordunu təkrarladı -  72 ildən sonra
DÜNYA FUTBOLU 1 Noyabr 2018 / 21:40 5344
-  A +

İtaliya A seriyasının təxirə salınmış oyununda “Cenoa” üzərində qələbə qazanan (2:1) “Milan” turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.

Qol.az-ın xəbərinə görə, qələbəyə baxmayaraq, “rossonyerlər”  öz antirekordunu təkrarlayıb.

Komanda ardıcıl 16-cı dəfə meydanı qol buraxaraq tərk edib. Sonuncu dəfə apreldə “Napoli” ilə görüşdə qapısının toxunulmazlığını qoruyan (0:0) Cennaro Qattuzonun komandası  həmin vaxtdan bəri 16 qarşılaşmanın hamısında buraxdığı qola məyus olub.

“Milan” bununla 1946-cı ildəki göstəricisini təkrarlayıb. Komanda həmin vaxt da ardıcıl 16 matçda qapısından qol buraxıb.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord