UEFA "Roma" - SSKA oyunu ilə bağlı intizam işi açdı

UEFA "Roma" - SSKA oyunu ilə bağlı intizam işi açdı
DÜNYA FUTBOLU 1 Noyabr 2018 / 19:50 2191
-  A +

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda keçirilən "Roma" – SSKA oyunu ilə bağlı intizam işi açıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qonaq komandanın  azarkeşləri matçda pirotexniki vasitələrdən istifadə ediblər. "Roma"lı fanatlar isə meydana kənar əşyalar atıblar. UEFA-nın İntizam Komitəsi məsələ ilə bağlı yekun qərarı noyabrın 22-də keçiriləcək iclasda verəcək.

Xatırladaq ki, "Roma" - SSKA oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord