Himn zamanı üzünü qaşıdığı üçün cəzalandırıldı

Himn zamanı üzünü qaşıdığı üçün cəzalandırıldı
DÜNYA FUTBOLU 1 Noyabr 2018 / 12:50 2915
-  A +

Çin Futbol Assosiasiyası “Şandun Lunen”in futbolçusu Dieqo Tardellini 1 oyunluq cəzalandırıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna onun  ölkə çempionatında “Şanxay Şanqan”la səfər matçı başlamazdan əvvəl dövlət himni səslənən zaman üzünü qaşıması səbəb olub. D.Tardellinin hərəkəti milli dəyərlərə hörmətsizlik və ictimaiyyət üçün pis örnək kimi qiymətləndirilib.

Qeyd edək ki, sözügedən matçda “Şandun Lunen” 2:4 hesabı ilə uduzub.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord