"Sportinq" Renatın komandasına uduzdu

"Sportinq" Renatın komandasına uduzdu
DÜNYA FUTBOLU 1 Noyabr 2018 / 12:05 2574
-  A +

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sportinq” Portuqaliya Liqa Kubokunda növbəti matçını keçirib.

Qol.az-ın məlumatına görə, D qrupunda yer alan Lissabon təmsilçisi 2-ci turda U-21 millimizin üzvü Renat Dadaşovun şərəfini qoruduğu Eştoril”i qəbul edib və 1:2 hesabı ilə uduzub.

"Sportinq" - "Eştoril" - 1:2
Qollar
: Vendel,9 (1:0), Lima, 71 (1:1), Pinto, 82-avtoqol (1:2)
 
Start heyətində meydana daxil olan Renat 67-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 2 turdan sonra “Feyrense” 6 xalla qrup lideridir. “Sportinq”lə “Eştoril” hərəyə 3 xalla 2-3-cü pillələri bölüşdürür.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord