Di Mariya PSJ ilə yeni müqavilə imzaladı

Di Mariya PSJ ilə yeni müqavilə imzaladı
DÜNYA FUTBOLU 31 Oktyabr 2018 / 22:38 1659
-  A +

PSJ futbolçusu Anxel Di Mariya ilə yeni müqavilə imzalayıb.

Ql.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 30 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2021-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, Di Mariya 2015-ci ildə "Mançester Yunayted"dən Paris təmsilçisinə transfer olunub. O, bu mövsüm 11 matçda 3 qol vurub, 6 qolun ötürməsini verib.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord