"Lester" təyyarə ilə getməkdən imtina etdi

"Lester" təyyarə ilə getməkdən imtina etdi
DÜNYA FUTBOLU 31 Oktyabr 2018 / 19:30 4324
-  A +

"Lester" İngiltərə Premyer Liqasının 11-ci turunda "Kardiff"lə səfər oyununa əvvəlcədən nəzərdə tutulduğu kimi təyyarə ilə yox, avtobusla gedəcək.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub mərhum prezidenti Viçay Şrivaddanaprabhanın helikopter  qəzasında dünyasını dəyişməsindən sonra  bu addımı atıb. "Lester" baş verən məlum hadisədən sonra təyyarə ilə getməyi qeyri-etik hesab edib.

Sözgedən görüş bir dəqiqəlik sükutla başlayacaq. "Lester"in oyunçuları matça qara sarğı ilə çıxacaq.

Qeyd edək ki, "Kardiff" - "Lester" oyunu noyabrın 3-ü keçiriləcək.

Əlavə edək ki, Kardifflə Lester arasında məsafə təxminən 230 kilometrdir.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord