Ndlovu Çin klubunun tarixinə düşdü - 19 qolla

Ndlovu Çin klubunun tarixinə düşdü - 19 qolla
DÜNYA FUTBOLU 31 Oktyabr 2018 / 18:02 6268
-  A +

Bu ilin qışında "Qarabağ"ı "Xançjou Qrintaun"a dəyişən Dino Ndlovu Çin klubunun tarixinə düşüb.

Qol.az-ın "kickoff.com" saytına istinadən yaydığı xəbərə görə, Cənubi afrikalı hücumçu 23 oyunda vurduğu 19 qolla komandada bir mövsüm ərzində ən çox fərqlənən futbolçu olub.

Qeyd edək ki, "Xançjou Qrintaun" mövsümün başa çatmasına 1 tur qalmış 51 xalla 2-ci pillədədir. Komanda noyabrın 3-dəki son oyunda qalib gələ bilsə, turun digər matçlarının nəticəsindən asılı olmayaraq, Çin Super Liqasına vəsiqə qazanacaq.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord