"Arsenal"da daha bir itki

"Arsenal"da daha bir itki
DÜNYA FUTBOLU 31 Oktyabr 2018 / 15:55 1382
-  A +

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Arsenal” ciddi itki ilə üzləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Məhəmməd Elneni zədələnib. Misirli yarımmüdafiəçinin 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bununla da “Arsenal”da zədəli futbolçuların sayı 5-ə yüksəlib. London klubunun heytində Hektor Bellerin, Loren Koselni, Konstantinos Mavropanos və Sead Kolasinaç da zədədən əziyyət çəkir.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord