"Qarabağ" və "Vorskla" komandaları arasındakı Avropa Liqasının oyununa Poltava vilayətinin Mərkəzi Klinik Xəstəxanasında baxırdım. Həmin ərəfələrdə ürək əməliyyatı keçirmişdim. Mənə sakitləşdirici dərman vermişdilər. Matçı izləməyi məsləhət görmürdülər. Oyunboyu istər-istəməz həyəcanlanırdım. Bununla belə, görüşə baxmaya bilməzdim.
İkinci hissənin əvvəllərində "Qarabağ" qapıçısı Vaqnerin səhvindən qol buraxdıqdan sonra palatadakı 4 nəfərdən biri - Maksimıç deyə çağırdığımız şəxs məni sakitləşdirməyə başladı. O dedi ki, "Qarabağ"ın daha əvvəlki ev oyununda İngiltərə "Arsenal"ına 2 top fərqlə qalib gələcəyini düşünürmüş: "Vorksla" ilə oyunda da komandanız çox yaxşı çıxış etdi. Sadəcə, qapıçının səfeh səhvindən top buraxdınız. Bu da faciəvi deyil". Etiraf etdi ki, Poltavadakı cavab görüşü yerli komanda üçün çətin keçəcək.
Bakıdakı oyuna Poltavada maraq həqiqətən böyük idi. Müalicə olunduğum Kardiologiya şöbəsinin bütün əməkdaşları hələ matçdan əvvəl mənimlə komandaların imkanları barədə söhbət edirdilər. Onlardan bəziləri "Qarabağ"ı "Naqornıy Karabax" ("Dağlıq Qarabağ") kimi qələmə verirdilər. Deyirdilər ki, "Vorskla" ilə "Dağlıq Qarabağ" komandası oynayacaq. Nəticədə əməlli-başlı mübahisəmiz düşdü. Onlara izah etdim ki, bu komandanın adı "Qarabağ"dır.
"Vorskla" avrokuboklardakı ilk qələbəsini "Qarabağ" üzərində qazandı. İndi Poltava sakinləri səbirsizliklə noyabrın 8-də Aleksey Butovski adına stadionda keçiriləcək oyunu gözləyirlər. Bu arena 25 minədək tamaşaçı tutumuna malikdir, təbii örtüklüdür. Hava şəraitinin soyuqluğuna baxmayaraq, ot örtüyü normal vəziyyətdədir. Oyunadək qar yağmasa, bu cür də qalacaq. Görüşü ən azı 20 min insanın izləyəcəyi gözlənilir.
Burada Qurban Qurbanovu çox yaxşı tanıyırlar. Onun həm də Azərbaycan millisinə rəhbərlik etməsindən xəbərdardırlar. "Vorksla"nın hazırkı baş məşqçisi Vasili Saçko ilə vaxtilə "Volın" klubunda birgə çıxış etmiş Samir Əliyevi də xatırlayırlar. "Qarabağ"ın nailiyyətlərindən, ötən mövsüm Çempionlar Liqasının qrup mərhələrinsə oynamasından danışırlar.
Elə Maksimıç ardıcıl 5 mövsüm Azərbaycan çempionu olan komandaya qarşı çıxış etdiklərini vurğulayırdı. Təkcə o yox... Burada taksi sürücüləri belə "Qarabağ" haqda kifayət qədər məlumatlıdırlar. Hətta onlardan biri Dino Ndlovunu nəzərdə tutaraq, "Sizi Çempionlar Liqasına çıxaran qaradərili oyunçu var idi, onu Çin klubuna nahaq satdınız. İndi hücumçunuz yoxdur" deyə söylədi. Düşərkən isə məndən yolpulu belə almadı. 
Poltava əyalət şəhəridir, paytaxt Kiyevdən 350 km aralıda yerləşir. Burada hava limanı yalnız yük və çarter reysli təyyarələri qəbul edir. Sakinləri çox millətçidirlər. Kasıbdırlar, amma öz komandalarını çox sevirlər. Mübaliğəsiz deyə bilərəm ki, "Vorskla" ilə nəfəs alırlar. Bu komanda onlar üçün qürur mənbəyidir. Vorskla Poltavanı iki yerə bölən çayın adıdıdır. Mənası isə "Vor stekla" ("Şüşə oğrusu") deməkdir. Rəvayətlərə görə, məşhur Poltava döyüşü zamanı I Pyotrın durbini həmin çaya düşüb. Nəticədə çaya belə ad verilib.
Poltavada azərbaycanlıların çoxu bazarda alver edir. Onların mənə dediklərinə əsasən, "Qarabağ"ı səfər matçında tək qoymayacaqlar. Təkcə Poltavadan oyuna 70-dək azərbaycanlı gələcək. Bununla yanaşı, Ukraynanın 150 km aralıdakı ikinci ən böyük şəhəri Xarkovdan, paytaxt Kiyev və Sumı vilayətindən çoxlu həmyerlimizin gəlişi gözlənilir.
Biz də gözləyək. Həm "Qarabağ"ı, həm də onun "Vorskla" üzərində qələbəsini...
Səbuhi MƏMMƏDLİ,
sportnet.az
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi